Təsviri
Ağ rəngli tozdur.
İstifadəsinə göstərişlər
Preparat aşağıdakı infeksion xəstəliklərin müalicəsində istifadə olunur:
- Kəskin orta otit.
- Aşağı tənəffüs yollarının infeksion-iltihabi xəstəlikləri, o cümlədən pnevmoniya.
- Sidikçıxarıcı yolların ağırlaşmamış infeksion-iltihabi xəstəlikləri, o cümlədən pielonefrit.
- Cinsi yolla keçən infeksiyalar: qonoreya (süzənək), sifilis.
- Abdominal infeksiyalar (qarın boşluğu orqanlarının infeksiyaları).
- Dəri və yumşaq toxumaların ağırlaşmış infeksion-iltihabi xəstəlikləri.
- Dayaq-hərəkət sisteminin infeksion-iltihabi xəstəlikləri.
- Sinir sistemi orqanlarının infeksion-iltihabi xəstəlikləri, o cümlədən bakterial meningit.
- Cərrahi müdaxilələr zamanı əməliyyatdan əvvəl profilaktika məqsədilə.
- Neytropeniyalı pasiyentlərdə bakterial infeksiyaya şübhə olduqda qızdırmanın müalicəsi.
- Laym xəstəliyi (borrelioz).
- Əməliyyatdan sonra infeksiyaların profilaktikası.
- İmmuniteti zəifləmiş şəxslərdə infeksion xəstəliklərin müalicəsi.
Saxlanma Şəraiti
25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Aptekdən Buraxılma Şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Huazhong Pharmaceutical Co., Ltd., Çin
No. 118 Xianshan RD., Xiangyang, Hubei, Çin.
Müraciət üçün fomru doldurun.