İstifadəsinə göstərişlər
Remycin qrammüsbət və qrammənfi bakteriyaların törətdiyi infeksiyaların müalicəsi üçün istifadə edilir, məsələn:
Tənəffüs yollarının infeksiyaları: Streptococcus pneumoniae, Haemophilus influenzae, Klebsiella pneumoniae və digər mikroorqanizmlərin törətdiyi pnevmoniya və aşağı tənəffüs yollarının digər infeksiyaları. Həmçinin Mycoplasma pneumoniae tərəfindən törədilən pnevmoniya, xroniki bronxit, sinusit, tonzillit və otit.
Mədə-bağırsaq yollarının infeksiyaları: Klebsiella növləri, Enterobacter növləri, Escherichia coli, Streptococcus faecalis və digər mikroorqanizmlərin törətdiyi infeksiyalar.
Cinsi əlaqə ilə yoluxan infeksiyalar: Chlamydia trachomatis infeksiyası daxil olmaqla ağırlaşmış uretral, uşaqlıq boynu kanalının selikli qişasının və ya rektal infeksiyalar. Həmçinin Ureaplasma urealyticum (T-mycoplasma), şankroid, qasıq qranuloması və venerik limfoqranuloma tərəfindən törədilən infeksiyalar, qonokokk uretriti, sistit, pielonefrit, uretrit, süzənək və sifilis.
Dəri infeksiyaları: Çivzə zamanı antibiotik müalicəsi mütləq zəruri olduğu hallarda.
Remycin tetrasiklin qrupuna aid olduğuna görə, digər tetrasiklinlərə cavab verən aşağıdakı infeksiyaların müalicəsində də faydalı ola bilər:
- Göz infeksiyaları: Şübhəli qonokokk, stafilokokk və ya Haemophilus influenzae tərəfindən törədilən traxoma və konyunktivit.
- Rikketsiyaların törətdiyi infeksiyalar: Səpgili yatalaq qrupu, Kvinslend qızdırması, Q qızdırması endokarditi və gənə qızdırması.
- Digər infeksiyalar: Psittakoz, brusellyoz (streptomisinlə birlikdə), vəba, meloidoz, leptospiroz və tulyaremiya.
İstifadə qaydası və dozası
Böyüklər və bədən kütləsi 50 kq-dan artıq olan uşaqlar üçün adi doza birinci gün 200 mq, növbəti günlər isə gündəlik 100 mq təşkil edir.
Kəskin infeksiyalar zamanı gündəlik doza 200 mq-a qədər artırıla bilər. Bu doza birdəfəlik qəbul edilə və ya hər 12 saatdan bir olmaqla iki dəfəyə bölünə bilər.
Remycin ilə müalicə simptomlar aradan qalxdıqdan sonra daha iki gün davam etdirilməlidir.
Remycin tabletləri kifayət qədər maye ilə qəbul edilməlidir.
Buraxılış forması
10 tablet blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, quru və qaranlıq, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Remedica Ltd., Limassol, Kipr, Avropa
Müraciət üçün fomru doldurun.