İstifadəsinə Göstərişlər
- Yetkin şəxslərdə və 12 yaşdan yuxarı uşaqlarda kəskin ishalın simptomatik müalicəsi.
- Yetkin şəxslərdə diaqnozu qoyulmuş qıcıqlanmış bağırsaq sindromu (QBS) ilə əlaqəli kəskin ishalın simptomatik müalicəsi.
İstifadə Qaydası və Dozası
Kapsullar çeynənilmədən, bir qədər maye ilə qəbul edilməlidir.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar
Başlanğıc doza 2 kapsul (4 mq) təşkil edir. Sonrakı hər ishal epizodundan sonra 1 kapsul (2 mq) qəbul edilməlidir.
Maksimal gündəlik doza 6 kapsuldan (12 mq) çox olmamalıdır.
12 yaşdan aşağı uşaqlarda istifadəsi əks göstərişdir.
Yaşlı və Böyrək Funksiyası Pozulmuş Şəxslər
Dozanın korreksiyasına ehtiyac yoxdur.
Qaraciyər Funksiyası Pozulmuş Şəxslər
Bu xəstələrdə preparatın farmakokinetik təsirləri ilə bağlı məlumatlar mövcud olmasa da, ilkin metabolizm proseslərinin ləngiməsi ehtimalına görə ehtiyatla istifadə edilməlidir.
Loperamidin istifadəsi 48 saatı aşmamalıdır. 48 saat ərzində klinik yaxşılaşma müşahidə olunmazsa, preparatın qəbulu dayandırılmalı və həkimə müraciət edilməlidir.
Buraxılış Forması
10 kapsul polivinilxlorid örtüklü və alüminium folqalı 1 blisterdə.
10 blister içlik vərəqəsi ilə birlikdə karton qutuda qablaşdırılır.
Saxlanma Şəraiti
25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Aptekdən Buraxılma Şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Huazhong Pharmaceutical Co., Ltd., Çin
No. 118 Xianshan RD., Xiangyang, Hubei, Çin.
Müraciət üçün fomru doldurun.