İstifadəsinə göstərişlər
Feremazol aşağıdakı hallarda istifadə olunur:
- Postmenopauza dövründə olan, süd vəzisinin hormon-müsbət invaziv xərçənginin erkən mərhələlərində olan qadınlarda süd vəzisi xərçənginin köməkçi müalicəsi;
- Postmenopauza dövründə olan, süd vəzisinin hormon-müsbət invaziv xərçənginin erkən mərhələlərində olan və əvvəllər 5 il ərzində tamoksifenlə standart köməkçi müalicə almış qadınlarda köməkçi müalicənin davam etdirilməsi;
- Postmenopauza dövründə olan, hormon-müsbət süd vəzi xərçəngi olan qadınlarda birinci sıra müalicə;
- Postmenopauza dövründə (təbii və ya süni şəkildə yaradılmış) olan və əvvəllər antiestrogenlərlə müalicə almış qadınlarda süd vəzi xərçənginin yayılmış formalarının residivi və ya proqressivləşməsi;
- Postmenopauza dövründə olan, hormon-müsbət, HER2-mənfi süd vəzi xərçəngi olan qadınlarda kimyəvi terapiyanın uyğun olmadığı və təcili cərrahi müdaxilənin göstəriş olmadığı hallarda qeyri-köməkçi (əməliyyatöncəsi) müalicə.
İstifadə qaydası və dozası
Böyüklər
Feremazol preparatının tövsiyə olunan dozası gündə bir dəfə 2,5 mq təşkil edir.
Köməkçi və genişləndirilmiş köməkçi müalicə zamanı Feremazol ilə müalicə 5 il ərzində və ya xəstəliyin residivi baş verənədək davam etdirilməlidir.
Köməkçi müalicə zamanı ardıcıl müalicə sxeminin tətbiqi də nəzərdən keçirilə bilər: 2 il letrozol, daha sonra 3 il tamoksifen.
Metastazları olan xəstələrdə Feremazol ilə müalicə xəstəliyin proqressivləşməsi əlamətləri meydana çıxana qədər davam etdirilir.
Qeyri-köməkçi (əməliyyatöncəsi) müalicə zamanı şişin optimal ölçüdə kiçildilməsinə nail olmaq üçün Feremazolun 4–8 ay ərzində təyin edilməsi tövsiyə olunur. Müalicə effektiv olmadıqda preparat dayandırılmalı, cərrahi müdaxilə nəzərdən keçirilməli və/və ya xəstə ilə sonrakı müalicə variantları müzakirə edilməlidir.
Qaraciyər funksiyası pozulmuş xəstələr
Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə (Çayld-Pyu A və B sinfi) preparatın dozasına düzəliş etmək tələb olunmur.
Ağır qaraciyər çatışmazlığı olan xəstələr barədə kifayət qədər məlumat yoxdur. Çayld-Pyu C sinfi ağır qaraciyər çatışmazlığı olan xəstələr ciddi həkim nəzarəti altında olmalıdırlar.
Böyrək funksiyası pozulmuş xəstələr
Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi ≥10 ml/dəq) preparatın dozasına düzəliş etmək tələb olunmur.
Kreatinin klirensi <10 ml/dəq olan xəstələr barədə kifayət qədər məlumat yoxdur.
Pediatriyada istifadəsi
Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə letrozolun təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Feremazolun uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyə edilmir.
Yaşlı xəstələr
Yaşlı xəstələrdə Feremazolun dozasına düzəliş etmək tələb olunmur.
Daxilə qəbul
Preparat daxilə qəbul edilir. Feremazol qida ilə birlikdə və ya qidadan asılı olmayaraq qəbul edilə bilər, çünki qida preparatın sorulmasına təsir göstərmir.
Buraxılmış doza xəstə xatırlayan kimi qəbul edilməlidir. Lakin xəstə bunu növbəti dozanın qəbuluna az qalmış (2–3 saat) xatırlayarsa, buraxılmış dozanı qəbul etməməli və növbəti dozanı adi qrafik üzrə qəbul etməlidir.
Preparatın gündəlik 2,5 mq-lıq dozasını aşmaq tövsiyə olunmur.
Buraxılış forması
10 tablet polivinilxlorid/polivinilidenxlorid (PVC/PVdC) örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada.
3 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda saxlamaq lazımdır.
Rütubətdən qorumaq üçün preparatı orijinal qablaşdırmasında saxlamaq lazımdır.
Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Remedica Ltd., Kipr
Aharnon Street, Limassol Industrial Estate,
3056 Limassol, Cyprus.
Müraciət üçün fomru doldurun.