İstifadəsinə Göstərişlər
Levofloksasin örtüklü tabletlər böyüklərdə levofloksasinə həssas mikroorqanizmlər tərəfindən törədilən aşağıdakı infeksiyaların müalicəsində göstərişdir:
- Kəskin haymorit
- Xroniki bronxitin kəskinləşməsi
- Xəstəxanadankənar pnevmoniya
- Sidikçıxarıcı sistemin fəsadlaşmış infeksiyaları, o cümlədən pielonefrit
- Xroniki bakterial prostatit
- Dəri və yumşaq toxumaların infeksiyaları
İstifadə Qaydası və Dozası
Levofloksasin örtüklü tabletlər gündə 1 və ya 2 dəfə qəbul edilir. Doza infeksiyanın növündən, ağırlıq dərəcəsindən və ehtimal olunan törədicinin həssaslığından asılı olaraq tənzimlənir.
Müalicə müddəti xəstəliyin klinik gedişindən asılıdır.
Levofloksasin örtüklü tabletlər çeynənmədən, kifayət qədər maye ilə daxilə qəbul edilməlidir. Dozanın korreksiyasına ehtiyac olduqda tabletlərin bölünməsinə icazə verilir.
Tabletlər qida qəbulundan 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilə bilər.
Levofloksasinin sorulmasının azalmasının qarşısını almaq üçün tabletlər dəmir duzları, antasidlər və ya sukralfatın qəbulundan ən azı 2 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir.
Normal Böyrək Funksiyası Olan Xəstələrdə Dozalanma Rejimi
Kreatinin klirensi >50 ml/dəqiqə
| Göstərişlər |
Dozalanma rejimi |
Müalicənin müddəti |
| Kəskin haymorit |
500 mq gündə 1 dəfə |
10–14 gün |
| Xroniki bronxitin kəskinləşməsi |
500 mq gündə 1 dəfə |
7–10 gün |
| Xəstəxanadankənar pnevmoniya |
500 mq gündə 1–2 dəfə |
7–14 gün |
|
Sidikçıxarıcı yolların fəsadlaşmış infeksiyaları, o cümlədən pielonefrit
|
500 mq gündə 1 dəfə |
7–10 gün |
| Xroniki bakterial prostatit |
500 mq gündə 1 dəfə |
28 gün |
| Dəri və yumşaq toxumaların infeksiyaları |
500 mq gündə 1–2 dəfə |
7–14 gün |
Buraxılış Forması
500 mq örtüklü tabletlər.
10 tablet blisterdə. 1 blister içlik vərəqəsi ilə birlikdə karton qutuda qablaşdırılır.
Saxlanma Şəraiti
25°C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Aptekdən Buraxılma Şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Huazhong Pharmaceutical Co., Ltd., Çin Xalq Respublikası
No. 118 Xianshan Road, Xiangyang şəhəri, Hubei əyaləti, Çin Xalq Respublikası.
Müraciət üçün fomru doldurun.