Təsviri
Ağ rəngli, uzunsov formalı tabletlərdir.
İstifadəsinə göstərişlər
Azitromisin 500 mq preparata həssas mikroorqanizmlər tərəfindən törədilən infeksion-iltihabi xəstəliklərin müalicəsində istifadə olunur:
- Yuxarı tənəffüs yolları və LOR-orqanlarının infeksiyaları: sinusit, tonzillit, faringit və orta otit.
- Aşağı tənəffüs yollarının infeksiyaları: xroniki bronxitin kəskinləşməsi və xəstəxanadan kənar pnevmoniya.
- Dəri və yumşaq toxumaların infeksiyaları: orta ağırlıq dərəcəli akne vulgaris, qızıl yel, impetigo və piodermiya.
- Chlamydia trachomatis tərəfindən törədilən sidik yollarının fəsadlaşmamış infeksiyaları: uretrit və/və ya servisit.
Əks göstərişlər
Azitromisin 500 mq aşağıdakı hallarda əks göstərişdir:
- Azitromisinə, eritromisinə və digər makrolidlərə, ketolidlərə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
- Qaraciyər funksiyasının ağır dərəcədə pozulması.
- Bədən çəkisi 45 kq-dan aşağı olan 12 yaşa qədər uşaqlar.
- Laktasiya dövrü.
- Erqotamin və dihidroerqotamin ilə yanaşı istifadə.
Saxlanma Şəraiti
25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Aptekdən Buraxılma Şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Huazhong Pharmaceutical Co., Ltd., Çin
No. 118 Xianshan RD., Xiangyang, Hubei, Çin.
Müraciət üçün fomru doldurun.