Xalq arasında təbii antibiotik kimi tanınan propolis zədələnmiş dəri və selikli qişalara müsbət təsiri elmi cəhətdən sübut edilmiş təbii maddədir. Tərkibində çoxsaylı bioloji aktiv birləşmələr, xüsusilə də flavonoidlər vardır.
Flavonoidlərin antibakterial, göbələkəleyhinə, virusəleyhinə, iltihabəleyhinə, lokal anestezik və biostimulyator təsirləri çobanyastığı tinkturasının iltihabəleyhinə təsiri ilə birlikdə iltihablaşmış düz bağırsağın selikli qişasının qıcıqlanmasını azaltmağa, ağrını aradan qaldırmağa, qanaxma, yanma və qaşınmanı azaltmağa kömək edir. Həmçinin büzücü təsir göstərərək düz bağırsağın zədələnmiş nahiyələrinin daha sürətli sağalmasına kömək edir.
Propolis tərkibli Hemopropin məlhəmi daxili və xarici babasil zamanı aşağıdakı məqsədlərlə tövsiyə olunur:
- Yanma və qaşınmanı yüngülləşdirmək və qanaxmanın qarşısını almağa kömək etmək
- Hemorroidal düyünlərin iltihabını və şişkinliyini azaltmaq
- Sərt nəcis nəticəsində zədələnmiş düz bağırsağın selikli qişasının sağalmasını dəstəkləmək
- Ağrını azaltmaq
- Babasilin yaranmasının qarşısının alınmasına kömək etmək məqsədilə profilaktik istifadə
İstifadə qaydası
Kəskin simptomlar zamanı propolis tərkibli Hemopropin məlhəmi təmiz anal nahiyəyə səhər və axşam tətbiq etmək lazımdır.
Simptomlar azaldıqdan sonra məlhəm yalnız axşam tətbiq edilir.
Məlhəm həmçinin tubun üzərinə yerləşdirilən aplikator vasitəsilə də tətbiq oluna bilər.
Müraciət üçün fomru doldurun.