Tərkibi
OVAMİT 50 mq tabletlər
Təsiredici maddə: Klomifen-Sitrat
Product description
Pharmacotherapeutic category: Stimulate ovulation.
Active Pharmaceutical ingredient(s): Klomifene citrate.
Dosage: 50 mg
Excipients: Povidon, mikrokristallik sellüloza, laktoza, qarğıdalı nişastası, jelatinləşdirilmiş nişasta, kolloidal silisium 4-oksid, maqnezium-stearat, talk, xinolin sarısı E104, puns rəngi E124.
Standard packaging: Film coated tablets N10.
Shelf life: 5 year.
Route of administration: For internal use.
Storage: store below 25ºC.
Prescribing status: Under prescription.
Manufacturer, country: Remedica, Cyprus-EU.
OVAMİT 50 mq tabletlər
Təsiredici maddə: Klomifen-Sitrat
Anti estrogen dərman vasitəsi
Ova Mit kimyəvi cəhətdən xlortrianizenə yaxın qeyri-steroidal agent olub, ovulyasiya problemi olan qadınlarda yüksək faizlə ovulyasiya prosesini stimullaşdırır. O hipofiz vəzinin qanadotrop hormonlarını stimullaşdırmaqla yumurta follikulunun yetişməsini endokrin fəaliyyətini və nəticə etibarilə sarı cismin inkişafını və funksiyasını təmin edir.
Ova MİT per os qəbuldan sonra qastro-intestinal traktdan yaxşı abrorpsiya olunur. Ova Mit qaraciyərlə metobolizə olunur və tədricən ödlə xaric olunur. Dərman və onun metobolitləri nəcislə xaric olunur. Ova Mitin bioloji yarımxaricolma müddəti 5 gündür.
Ova Mit hamiləlik arzusunda olan ovulyasiya problemi olan qadınların müalicəsində təyin olunur.
Ova Mitlə müalicə o vaxt effektiv olur ki, qadının ovulyasiya prosesini stimullaşdırmaq imkanı olsun və onun partnyorunun nəsil vermək qabiliyyəti olsun.
Birinci dərəcəli hipofiz çatışmazlığı olan və ya yumurtalıq çatışmazlığı olan xəstələrdə Ov Mit effektiv deyil və bu preparat yalnız ovulyasiya disfunksiyası müşahidə olunan qadınlara təyin edilir. Ova Mit yumurtalıqların disfunksiyasının səbəbi ola biləcək digər hallarda (qalxanabənzər vəzi və böyrəküstü vəzinin çatışmazlığı) əvəzedici ola bilməz.
Qaraciyər xəstəlikləri olan və ya tarixən qaraciyər disfunksiyası olan, endometrik karsinoma, yumurtalıq kistləri, (polisistik kistlərdən başqa), səbəbsiz uşaqlıq qanaxmaları və hamiləlik zamanı təyin olunmamalıdır.
Ova Mitlə müalicəyə başlamazdan əvvəl xəstələr qaraciyər xəstələri, hipofiz və ya yumurtalıq çatışmazlığı və endometrik şişləri ilə əlaqədar, diqqətlə müayinə olunmalıdırlar. Sonsuzluğun səbəbi və hər hansı səbəbsiz qanaxmaların səbəbləri
diqqətlə araşdırılmalıdırlar. Əkiz doğuş mümkünlüyü barəsində xəstələrə məlumat verilməlidir. Uzun müddətli müalicə məsləhət görülmür. Pasientlərə bildirilməlidir ki, müalicə zamanı göz simptomları da müşahidə oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qeydə alınmamışdır.
Hamiləlik zamanı istifadə əks göstərişdir. Erkən hamiləlik zamanı Ova Mitin ehtiyatsız qəbulunun qarşısını almaq üçün xəstələrdə ovulyasiyanın baş verdiyinin təyin olunması məqsədilə diqqətlə
müayinə olunmalıdırlar. Bütün müalicə ərzində bədənin temperaturu qeydə alınmalı və əgər hamiləlik
şübhəsi olarsa dərhal Ova Mitin qəbulu dayandırılmalıdır.
Ova Mitin adəti dozası menstrual tsiklik 5-ci günündən və ya amenoreya olarsa istənilən vaxtdan etibarən 50 mq olmaqla 5 gün ərzində qəbul olunur. Əgər ovulyasiya baş verməzsə, gündə 100 mq olmaqla 5 günlük müalicə təyin oluna bilər.
Adətən Ova Mitin əlavə təsirləri dozalanma ilə əlaqədar olur. Ən çox müşahidə olunan əlavə təsirlər; yumurtalığın böyüməsi və kistanın əmələ gəlməsi, menopauzal simptomlara bənzəməyən vazomotor qızartılar, abdominal və pelvik diskomfortlar, və ya ürəkbulanma, qusma ilə müşahidə olunan ağrılar. Keçici
görmə bulanıqlığı, süd vəzinin bərkiməsi, kütlənin artması. Səbəbsiz uşaqlıq qanaxmaları, baş ağrıları, tez-tez sidiyəgetmə, allergik səpkilər, allerdik ləkələr, bərpa oluna biləcək saç tökülmələri müşahidə edilmişdir. Mərkəzi sinir sistemi ilə
əlaqədar əlavə təsirlər; baş gicəllənmələri, bayılmalar, əsəb gərginliyi, yuxusuzluq və depressiya.
Ova Mitin normadan artıq dozada qəbul edilməsi ilə əlaqədar ciddi hallar müşahidə olunmamışdır.
Under prescription.
Remedica Ltd., Limassol-Kipr, Avropa