Delopam capsule

Product description

Pharmacotherapeutic category: Antifunqal.

Active Pharmaceutical ingredient(s):  Fluconazole  150 ml.

Excipients: Lactose monohydrate, Microcrystalline cellulose, Pregelatinized maize starch, Colloidal silicon dioxide, Magnesium stearate, Sodium lauryl sulphate, Quinoline yellow E104 (C147005), FD&C Yellow E110 (C115985), Titanium dioxide E171 (C177891), Gelatin.

Standard packaging: Capsules №3.

Shelf life: 5 year.

Route of administration: For internal use.

Prescribing status: Under prescription.

Manufacturer, country: Pharmathen, Greece.

 

 

Category:
Tərkibi

Tərkibi

DELOPAM 150 mq kapsullar
Təsiredici maddə: 1 kapsulda 150 mq Flukonazol vardır.

Farmakoterapevtik qrupu

Farmakoterapevtik qrupu

Antifunqal (Göbələk əleyhinə) dərman vasitəsi

İstifadəsinə göstərişlər

İstifadəsinə göstərişlər

Genital kandidoz, vaginal kandidoz (kəskin və xroniki residiv veren) kandidoz balaniti. Simptomatik genital kandidoz zamanı xəstə ilə birlikdə onun cinsi tərəfdaşı da parallel olaraq müalicə olunmalıdır (hətta xəstəliyə yoluxmayıbsa).

Əks göstərişlər

Delopama (Flukonazola) və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. Digər azollara qarşı yüksək həssaslığı olan xəstələrə Delopam yazarkən ehtiyatlı olmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Rifampisinin Flukonazolla yanaşı qəbulu, Flukonazolun plazma konsentrasiyasının azalması ilə nəticələnir. Hidroxloroiazidlə birlikdə qəbul edilməsi Flukonazolun plazma konsentrasiyasının kliniki olaraq cüzi artması ilə nəticələnmişdir Flukonazol həmçinin bəzi oral antikoaqulyantların təsirini artıra və Teofillinin klirensini azalda bilər. Preparat oral kontraseptivlərin effektini azalda bilər.

Hamiləlikdə istifadəsi...

Hamiləlikdə istifadəsi...

Hamiləlik və laktasiya dövründə istifadəsi.

Preparatın hamilə dövründə istifadəsi ilə bağlı adekvat və nəzarətedilən tədqiqatlar aparılmamışdır. Delopam (Flukonazol) hamiləlik zamanı yalnız anaya faydanın rüşeymə potensial riskdən üstün olacağı təqdirdə qəbul edilə bilər. Ana südünə Flukonazolun konsentrasiyası qan plazmasındakı konsentrasiyasına bərabər olur. Bu səbəbdən, laktasiya zamanı Delopamın təyini məsləhət görülmür.

İstifadə qaydası və dozası

İstifadə qaydası və dozası

Vaginal kandidoz və ya kandidal balanit: 150 mq olmaqla birdəfəlik dozada daxilə təyin olunur.

Uşaqlar: Uşaqlarda Flukonazolun istifadəsini təstiq edən faktların çox olmasına baxmayaraq, 16 yaşından aşağı uşaqlar arasında genital kandidozun müalicəsi üçün Flukonazoldan istifadə ilə bağlı məlumatlar azdır. Hal-hazırda müalicə göbələk əleyhinə vacib deyilsə və digər alternative maddələr yoxdursa məsləhət görülmür.

Əlavə təsirləri

Əlavə təsirləri

Delopam ümumilikdə orqanizm tərəfindən yaxşı mənimsənilir. Bəzi hallarda qarında ağrılar, ishal, meteorizm, ürəkbulanma, qusma; baş ağrısı, başgicəllənmə, bayılma, leykopeniya, trombositopeniya və qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi baş verə bilər. Asimptomatik xəstəliklər zamanı xəstələrdə qaraciyər zədələnməsi qeydə alınmışdır. Nadir hallarda anafilaksiya və Kvinke ödemi qeydə alınmışdır.
Dəridə dəyişikliklərə nadir hallarda rast gəlmək olar,

Doza həddinin aşılması

Doza həddinin aşılması

Normadan artıq doza qəbul edildiyi zaman, simptomatik müalicə (kliniki göstəriş olduğu təqdirdə absorbsiyaedici maddələrin qəbulu və mədənin yuyulması) aparılmalıdır. Flukonazolun çox hissəsi sidiklə xaric olur. 3 saatlıq hemodialis prosesi preparatın plazma səviyyəsini təxminən 50% aşağı salır.

Buraxılış forması

Buraxılış forması

3 kapsul, blisterlərdə. 3 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Prescribing status:

Prescribing status:

Under prescription.

Manufacturer:

Manufacturer:

Farmaten S. A., Dervenakion 153 51 Pallini, Attica, Yunanıstan – Avropa