Tərkibi
Tablet
Təsiredici maddə: 1 tabletin tərkibində 400mq Asiklovir vardır.
Krem
Təsiredici maddə: 100q kremin tərkibində 5q Asiklovir vardır.
Product description
Pharmacotherapeutic category: Antiviral.
Active Pharmaceutical ingredient(s): Aciklovir.
Dosage: 400 mg.
Excipients: Cellulose microcrystalline, Lactose, Povidone, Sodium starch glycolate, Magnesium stearate, Sodium lauryl, Colloidal silica dioxide, Red iron oxide.
Standard packaging: Tablets №10.
Shelf life: 5 year.
Route of administration: For internal use.
Storage: store below 25ºC.
Prescribing status: Under prescription.
Manufacturer, country: Remedica, Cyprus-EU.
Tablet
Təsiredici maddə: 1 tabletin tərkibində 400mq Asiklovir vardır.
Krem
Təsiredici maddə: 100q kremin tərkibində 5q Asiklovir vardır.
Siklovaks herpes virus infeksiyasına qarşı istifadə olunan
yeganə preparatdır. Klinik istifadə olunan plazma konsentrasiyalarında,o, hüceyrə DNT cavabını replikasiya
etmədən 1-ci və 2-ci tip herpes simplex viruslarının (HSV) və
varicella-zoster virusunun (VZV) viruslu DNT
replikasiyasını ləngidir. Asiklovir fəaliyyətinin selektiv
xüsusiyyəti herpes virus DNT-nin virus müəyyənləşmiş
Timidinkinaza üçün kodlaşma qabiliyyətinin nəticədir.
Virusla infeksiyalaşmış hüceyrələrdə virus timidinkinazasının təsiri altında asiklovirin bir sıra ardıcıl reaksiyaları baş verir və bu reaksiyalar nəticəsində o, asiklovir mono-, di- və trifostata çevrilir. Bu proses yoluxmamış hüceyrələrdə faktiki olaraq baş vermir. Asiklovir trifostat həm virus DNT polimerazasını ləngidir, həm də replikasiya olunmuş DNT zəncirinə birləşmək üçün nəticədə əldə edilən virus DNT zəncirinin bitməsi ilə dezoksiquanozin trifostatla mübarizə aparır. Asiklovir vezikulyar maye və mərkəzi sinir sistemi də daxil olmaqla bədənin əksər
toxumalarına paylanır.
Genital herpes və herpes labialis daxil olmaqla, dərinin
Herpes simplex virusu tərəfindən törədilən birincili və
residivləşmiş infeksiyaları.
Sikovaks tablet Asiklovirə və Valasiklovirə qarşı yüksək
həssaslığı olan xəstələrdə əks-göstərişdir. Siklovaks Krem
Asiklovirə və ya propilenqlikola qarşı həssaslığı olan
xəstələrə əks göstərişdir.
Böyrək çatışmazlığı olan xəstələr siklovaks tabletini ehtiyatla qəbul etməli və doza kreatinin klirensinə uyğun olaraq müəyyənləşdirilməlidir. Dehidratasiya və digər nefrotoksik dərmanların birlikdə qəbulu böyrək çatışmazlığı riskini artırır.
Siklovaks krem qıcıqlandırıcı ola bildiyinə görə selikli
qişalara məsələn, ağıza, gözə, vaginaya istifadə edilməməlidir. Siklovaksla müalicə zamanı adekvat hidratasiya qorunub saxlanılmalıdır.
Probenesid və Asiklovirin birgə qəbulu plazma yarımparçalanma dövrünü artırır və Asiklovirin sidiklə xaric olunmasını və böyrək klirensini azaldır.
Hamilə qadınlarda Asiklovirin istifadəsi ilə bağlı adekvat və
nəzarət olunan tədqiqatlar aparılmamışdır. Ona görə də
preparat hamiləlik dövründə yalnız ana üçün potensial fayda
döl üçün potensial riski üstələdiyi halda istifadə oluna bilər.
Dərmanın yüksək konsentrasiyaya malik olduğu zaman
xromosomları zədələmə potensialı olduğu nəzərə alınmalıdır.
Siklovaksın ana südünə nüfuz etməsi ilə bağlı bəzi dəlillər
vardır. Bu səbəbdən laktasiya dövründə siklovaks istifadə
edilərkən ehtiyatlı olmaq lazımdır.
Herpes simpleks infeksiyasının müalicəsi: Böyüklər üçün
doza adətən 5 gün müddətində gündə 5 dəfə 200 mq-dır
(İmmun çatışmazlığı olan xəstələrdə 400 mq).
Varicella zoster virusu tərəfindən törədilən birincili və residivləşmiş infeksiyaların (suçiçəyi, kəmərləyici dəmrov)
müalicəsi:
Böyüklər üçün doza 7 gün ərzində gündə beş dəfə olmaqla
800 mq-dır. Uşaqlar üçün gündə dörd dəfə 20 mq/ kq bədən
kütləsinə.
Asiklovir krem/məlhəm:
Asiklovir krem/məlhəm gecə saatlarının dozasını ötürməklə
təxminən dörd saatlıq intervallarla gündə beş dəfə istifadə
edilməlidir. Müalicə beş gün davam etdirilməlidir. Əgər beş
gündən sonra sağalma baş verməzsə, müalicə daha beş gün
də davam etdirilməlidir. Göz üçün istifadə etməyin.
İnfeksiya baş verən kimi Asiklovirlə müalicə mümkün qədər
tez başlanmalıdır.
Ən çox rast gələn subyektiv şikayətlər ürəkbulanma, başgicəllənmə, ishal və baş ağrısıdır hansı ki, bunların
başvermə tezliyi plasebodan müalicə alan xəstələrdə
olduğundan fərqlənmir. Asiklovir tableti qəbul edən bir neçə
xəstədə tremor, ataksiya, hallusinasiyalar, ensefalopatiya,
koma; anafilaksiya, angiödem; kəskin böyrək çatışmazlığı,
böyrək ağrısı, qızdırma; dəri səpgiləri və qarın ağrısı qeydə
alınmışdır.
Asiklovir Kremin istifadəsi müvəqqəti yandırıcı ağrı və ya sancı ilə müşayiət oluna bilər. Az sayda xəstədə dəridə eritema və ya zəif quruluq və qabıqlanma qeydə alınmışdır.
Kəskin ağır təsiri olmayan bəzi xəstələrdə beş gün müddətində gündə 4,8 q-a qədər oral doza istifadə olunmuşdur. Xəstələr heç bir gözlənilməz əlavə təsiri olmadan 20q Asiklovir qəbul etmişlər.
Hemodializ Asiklovirin xaric olmasını artırır.
10 tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
10q məlhəm, tubda, 1 tub, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Remedika LTD., Limassol-Kipr, Avropa