Cilox tablets

Product description

Pharmacotherapeutic category: Broad Spectrum Antibacterial.

Active Pharmaceutical ingredient(s): Ofloxacin.

Dosage: 400 mg.

Excipients: Povidone, Microcristalline celluslose, Sodium starch glycolate, Colloidal silicon dioxide, Magnesium sterate, Talc.

Standard packaging: Film coated tablets N10.

Shelf life: 5 year.

Route of administration: For internal use.

Storage: store below 25ºC.

Prescribing status: Under prescription.

Manufacturer, country: Remedica, Cyprus-EU.

Category:
Tərkibi

Tərkibi

1 örtüklü tabletin tərkibində 400mq ofloksasin vardır.

Farmakoloji xüsusiyyətləri

Farmakoloji xüsusiyyətləri

Siloks qrammənfi və qrammüsbət mikroorqanizmlərə qarşı geniş bakterisid aktivliyə malik, 4-flüorxinolon qrupuna aid olan antibakterial maddədir.
Siloks mədə-bağırsaq sistemindən sürətlə və yaxşı sorulur. Pik plazma konsentrasiyası 400 mq dozada qəbul edildikdən sonra 1-2 saat ərzində yaranır. Qida Siloksun sorulmasını ləngidə bilər, lakin sorulmanın həcminə əhəmiyyətli dərəcədə təsir göstərmir. Plazmada yarımparçalanma dövrü 5 saatdan 8 saata qədərdir və bu, böyrək çatışmazlığı olan xəstələrdə artır.

İstifadəsinə göstərişlər

İstifadəsinə göstərişlər

Siloks həssas mikroorqanizmlərin törətdiyi aşağıdakı infeksiyalar üçün göstərişdir.
1) Yuxarı və aşağı sidik yollarının infeksiyaları
2) Aşağı tənəffüs yollarının infeksiyaları
3) Ağırlaşmamış uretral və servikal süzənək
4) Qeyri-qonokokk uretrit və servisit.

Əks göstərişlər
Siloks 4-flüoroxinolon qrupu antibakterial preparatlara qarşı yüksək həssaslığı olan pasiyentlərə
əks-göstərişdir. Qlükoza-6-fosfat dehidrogenazanın aktivliyində gizli və ya aşkar çatışmazlıqlar olan xəstələr xinolon qrupu antibakterial maddələrlə müalicə zamanı hemolitik
reaksiyalara meylli ola bilərlər. Anamnezdə epilepsiya olduqda və flüorxinolonlarda müalicə zamanı yaranan vətər xəstəliyi yaranan pasiyentlər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qaraciyər və böyrək çatışmamazlığı olan xəstələrdə Siloks ehtiyatla istifadə olunmalıdır, belə ki,
kəskin qaraciyər disfunksiyası olan pasiyentlərdə ofloksasinin orqanizmdən xaric olması azalır.

Digər dərmanlarla qarşılıqlı təsiri
Siloks maqnezium və aliminium tərkibli antasidlərin, sukralfatın və ya dəmir preparatlarının qəbulundan sonra 2 saat müddətində qəbul edilməməlidir, belə ki, ofloksasinin sorulması azala bilər.
Siloksun antikoaqulyantlarla eyni zamanda istifadəsi qanaxma müddətini uzada bilər. Bayılma həddini aşağı salan dərmanlarla birgə qəbul edildikdə Siloks bayılma həddini aşağı sala bilər.

Hamiləlikdə istifadəsi...

Hamiləlikdə istifadəsi...

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə Siloksun istifadəsi əks göstərişdir.

İstifadə qaydası və dozası

İstifadə qaydası və dozası

Siloks tabletləri su ilə qəbul edilməlidir. Böyüklər üçün doza infeksiyanın tipindən və ağırlığından asılı olaraq gündə 200 mq-dan 800 mq-a qədərdir. 400 mq-a qədər doza birdəfəlik
doza kimi qəbul edilməlidir.
Uşaqlar: Siloks uşaqlarda və yeniyetmələrdə istifadə üçün göstəriş deyildir.
Yaşlılar: böyüklər üçün təyin edilən doza ilə eynidir.

Əlavə təsirləri

Əlavə təsirləri

Ofloksasin alan xəstələrdə aşağıdakı əlavə təsirlər barədə məlumat verilmişdir. Ürəkbulanma, qusma, başağrısı, yuxusuzluq, qadınlarda xarici cinsiyyət üzvlərinin qaşınması, başgicəllənmə, vaginit, diareya, mədə-bağırsaq traktında narahatlıq, ağrı və spazmlar, qarın nahiyəsində sancılar, meteorizm, dad hissinin itməsi, ağızda quruluq, iştahın azalması, yorğunluq, yuxululuq, yuxu pozğunluqları, görmə pozğunluqları, narahatlıq, əsəbilik, səpgi, qaşınma, hərarətin artması, döş qəfəsində ağrılar, superinfeksiya (gözdə), fotofobiya, gözlərin yaşarması, gözlərdə quruluq və sancı.

Buraxılış forması

Buraxılış forması

10 tablet içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.

Manufacturer:

Manufacturer:

Remedika Ltd., Limassol-Kipr, Avropa