Tərkibi
Təsiredici maddə: fol turşusu 0,35 mq, dəmir- fumarat 100 mq
Təsviri
Təsiredici maddə: Dəmir fumarat 310 mq + Fol turşusu 0.35 mq
Buraxılış forması: 100 tablet (10×10)
Göstərişlər: Anemiya əleyhinə dərman vasitəsi
Qeydiyyat vəsiqəsi : DV№20-00281
Təsiredici maddə: fol turşusu 0,35 mq, dəmir- fumarat 100 mq
Anemiya əleyhinə dərman vasitəsi.
Dəmir və fol turşusu çatışmazlığının müalicəsi və profilaktikası.
Foliron meqaloblastik anemiya zamanı vit B 12 çatışmazlığı olan xəstələrdə əks göstərişdir.
Dəmir tetrasiklin, siprofloksasin, norfloksasin, ofloksasin, penisillamin, trientin, levodopa, və
sink dərmanlarının sorulmasını azaldır. Dəmirin sorulmasını azaldan dərmanlara daxildi: maqnezium trisiklat, tetrasiklin,zink və antasidlər. Folik turşusu bəzən plazmada penitoin konsentrasiyasını azaldır.
Folironun qəbulu xüsusi göstərişdir.
Böyüklər:
Gündə bir tablet. Foliron tableti hamiləlikdən 3 ay əvvəl qəbul edilir və doğuşdan 3 ay sonra davam etdirilməsi məsləhətdir.
Uşaqlar:
Məsləhət görülmür.
Mədə-bağırsaq simptomları: ürəkbulanma, qusma, qəbzlik, və ishal qeydə alınmışdır.
Blisterdə 100 tablet içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Remedica Ltd., Limassol – Kipr, Avropa